\
19 Sentyabr 2020 - Şənbə

Namizəd Elşən Gəncəvi kimdir? - Dosye

Namizəd Elşən Gəncəvi kimdir? - Dosye
1499baxış

İctimai Xadim, İş Adamı Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 9 fevral 2020-ci il tarixində keçiriləcək 6-cı çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizəddir.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 16 noyabr 1985-ci ildə Cəbrayıl rayonu, Süleymanlı kəndində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsində bakalavr, Rumıniya – Timişoara Qərb Universitetinin “Siyasi Elmlər” fakültəsində magistr təhsilini alıb.

Elşən Gəncəvi AMV Şirkətlər Qrupunun (AMV Group) direktoru, “PUBLIC AZERBAIJAN” Konsepsiyasının rəhbəri, “Oxu-magiya” kitabının yazarı, “AMVPRESS.AZ”informasiya portalının baş redaktoru, “PUBLIC” jurnalının təsisçisi, ictimai və iqtisadi layihələrin müəllifidir. “İctimai.az”, “İslahat.az” və “Yenigundem.az” xəbər portallarında ictimai və sosial mövzularda müəllif yazıları yazır.

“Planet Servis” şirkətində iqtisadçı vəzifəsində çalışıb. Şirkətin müxtəlif iqtisadi layihələrində stratejik konsultasiyaları reallaşdırıb.

Elşən Gəncəvi Müxtəlif sahələrdə alternativ xidmətlər təklif edən AMV Şirkətlər Qrupunun (AMV Group) direktorudur. 

AMV Şirkətlər Qrupunun (AMV Group) tərkibində olan şirkətlər:

“AMV Consulting” – maliyyə və mühasibatlıq xidmətləri üzrə fəaliyyət göstərir. Şirkət ümumi mühasibatlıq, kadrlar uçotu və maliyyə xidmətləri üzrə peşəkar səviyyədə bələdçilik edir.

“AMV Finance” – analitik və stratejik maliyyə xidmətləri üzrə fəaliyyət göstərir. Şirkət yüksək keyfiyyətlə maliyyə xidmətləri, maddi risklərin aradan qaldırılması, binzesdə yaranacaq problemlərin həllərini müştərilərə təqdim edir.

“AMV Education” – alternativ təhsil və təlim xidmətləri üzrə fəaliyyət göstərir. Ölkə üzrə yerli və beynəlxalq səviyyədə təlim, seminar və təhsil proqramları xidmətlərini həyata keçirən şirkətdir.

“AMV Express” – daşınma və poçt xidmətləri üzrə fəaliyyət göstərir. Bakı şəhərində, regionlarda və dünyanın istənilən nöqtəsinə operativ şəkildə və sərfəli qiymətlər ilə çatdırılmasını həyata keçirən şirkətdir.

“AMV Law” – hüquqi və inzibati xidmətlər üzrə fəaliyyət göstərir. Bakı və regionlarda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər üçün bütün növ hüquqi xidmətlər göstərən konsaltinq şirkətidir.

“AMV SoftLab” – texnologiya və internet xidmətləri üzrə fəaliyyət göstərir. Şirkət informasiya texnologiyaları sahəsində ixtisaslaşmış, peşəkar mütəxəssislər tərəfindən bütün yenilikləri müştərilərinə təklif edir.

“AMV Travel” – turizm və səfərlərin təşkili üzrə fəaliyyət göstərir. Ölkənin və dünyanın istənilən istiqamətlərinə yüksək keyfiyyət və münasib qiymətlərlə səyahət xidmətlərini təqdim edir.

“AMVPRESS.AZ” informasiya portalı – iqtisadiyyat və biznes informasiyalarının işıqlandırılması üzrə fəaliyyət göstərir. Portal 10 May 2018-ci ildən fəaliyyətə başlayıb. Portalın yaradılmasında məqsəd ölkədə və dünyada olan iqtisadi informasiyaları geniş auditoriyaya təqdim etməkdir.

İdeya müəllifi olduğu “PUBLIC AZERBAIJAN” Konsepsiyası Azərbaycanın ictimai, iqtisadi, mədəni inkişafı yolunda əsas trendləri özündə əks etdirən proqramdır.

“PUBLIC AZERBAIJAN” Konsepsiyasında “PUBLIC” Jurnalı dərc olunur, “PUBLIC AWARDS” mükafatı təqdim olunur, ictimai, iqtisadi və mədəni sahələrdə müxtəlif tədbirlər təşkil olunur.

“PUBLIC” Jurnalında müxtəlif ictimai, iqtisadi, mədəni və sosial fəaliyyətlər işıqlandırılır. Fərdi təşəbbüslər, fərqli müsahibələr və təqdimatlar jurnalda öz əksini tapır.

“PUBLIC AWARDS” mükafatı müxtəlif sahələrdə uğur və nümunə yaradan insanlara təqdim olunur.

“Oxu-magiya” kitabında Elşən Gəncəvinin müəllifi olduğu ictimai və sosial mövzularda məqalələri toplanıb.

Kitabda yer alan “50 milyonluq Azərbaycan xalqının Prezidenti…”, İnsan qarşısında “insan”, “Atalar və oğullar…”, “Fərqli”xana kimi məqalələr ölkə ictimaiyyətində geniş işıqlandırılaraq media qurumlarında dərc olunub.

“İran adlanan yer…”, “Ədalət axtarışı – 26.02.1992” məqalələri 6 dildə Türkiyə, Rusiya, Fransa, Almaniya, İngiltərə, İran kimi ölkələrdə geniş auditoriyalara təqdim olunub.

Elşən Gəncəvi müxtəlif dövrlərdə bir çox yerli və beynəlxalq sertifikat və fəxri diplomlarla təltif olunub.

London 2012 Olimpiya və Paralimpiya Oyunlarında “Azərbaycanı Dəstəklə” kampaniyasında fəal iştirakına görə “FƏXRİ DİPLOM” ilə təltif edilib.

“Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı” tərəfindən “Təlimçilər üçün Təlim” proqramını uğurla başa vurduğu üçün “SERTİFİKAT” təqdim olunub.

“Gəncliyin Elmi-Mədəni İnkişafı” Təşkilatının Ümumilli lider Heydər Əliyevin 91-ci il dönümü münasibəti ilə ictimai və sosial mövzularda müəllif yazılarına görə “DİPLOM” ilə təltif edilib.

“Beynəlxalq Liberal Gənclər Federasiyası” tərəfindən Rusiyada keçirilən beynəlxalq layihədə iştirakına görə “SERTİFİKAT” təqdim olunub.

“ABŞ Beynəlxalq Respublikaçılar İnsitutu” tərəfindən keçirilən “Təkmilləşdirilmiş Liderlik” kursunu uğurla bitirdiyi üçün “SERTİFİKAT” təqdim olunub.

“Fridrix Nauman Fondu” tərəfindən Gürcüstanda keçirilən Gənc Liderlər üçün Beynəlxalq İqtisadiyyat Akademiyasını uğurla bitirdiyi üçün “SERTİFİKAT” təqdim olunub.

Elşən Gəncəvi ictimai xadim və iş adamı olaraq müxtəlif mükafatlara layiq görülüb.

“ŞƏMS” Milli Mükafatı – “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi” münasibəti ilə Azərbaycan Respublikasının ictimai-iqtisadi həyatında fəal iştirakına görətəltif edilib.

“Təhsil Açarı” Mükafatı – Azərbaycan Gənclərinin Maarifçilik Forumunda Azərbaycan gənclərinin maarifləndirilməsi istiqamətində göstərdiyi fəaliyyətə görə layiq görülüb.

“Odlar Yurdu” Milli Mükafatına “İş Adamı” olaraq layiq görülüb.

“XƏZİNƏ” Milli Mükafatına uğurlu fəaliyyətinə görə “İş Adamı” olaraq təltif olunub.

“Türkiye Gençlik Ödülleri” layihəsində “İş Adamı” olaraq mükafata layiq görülüb.

“Türkiye Ödülleri” layihəsində “İş Adamı” olaraq mükafata layiq görülüb.

Elşən Gəncəvi 1 noyabr 2015-ci il tarixində keçirilən 5-ci çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində namizəd olub.

Elşən Gəncəvi ingilis, rumın, rus və türk dillərini bilir.

Ailəlidir. Yusif Nəcəfsoy adlı oğlu, Güney Nəcəfsoy adlı qız övladı var.

Mediapress.az