\
19 Sentyabr 2020 - Şənbə

"Zirə" sabiq futbolçusu ilə müqavilə imzalayıb

"Zirə" sabiq futbolçusu ilə müqavilə imzalayıb
1308baxış

"Zirə" klubu yeni futbolçu ilə anlaşıb.

"Mediapress.az" qəsəbə təmsilçisinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Yovan Krnetanı heyətinə qatıb. 27 yaşlı serbiyalı müdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Yovan Krneta 2015-18-ci illər aralığında "Zirə"nin şərəfini qoruyub. O, həmçinin, ölkəsinin "Teleoptik", "Srvena Zvezda", "Sopot", "Radinçki", Ukraynanın "Çernomorets və Yunanıstanın "Levandiakos" klublarının şərəfini qoruyub.