\
25 Aprel 2024 - Cümə axşamı

Lukaşenko: “Belarus bazar qiymətləri ilə Azərbaycan nefti almağa hazırdır”

Lukaşenko: “Belarus bazar qiymətləri ilə Azərbaycan nefti almağa hazırdır”
1541baxış

Belarus Rusiyadan kənarda bazar qiymətləri ilə neft almaq və neft məhsullarının satışının rentabelliyini təhlil etmək niyyətindədir.

Mediapress.az”ın “BelTA” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

"Təcrübədə bunun nə ilə nəticələnəcəyini də görməliyik. Beləliklə, Şərqdəki qardaşlar bunun çox bahalı olacağı ilə qorxudurlar. Biz də hesablama aparmadan, bunu sınamadan, düşünürük ki, bacaracağıq.Bunun üçün də belə bir qərar qəbul edildi ki, Azərbaycan, Səudiyyə Ərəbistanı, Norveç, Amerika, vacib deyil, hara nefti olur-olsun, bazar qiymətinə almalıyıq”,- deyə A. Lukaşenko bu gün keçirilən hökumətin iclasında bildirib.