\
29 Mart 2024 - Cümə

Azərbaycanda qaz hasilatı 16% artıb

Azərbaycanda qaz hasilatı 16% artıb
1670baxış

2019-cu ildə Azərbaycanda qaz kondensatı daxil olmaqla 37 517,6 min ton həcmində xam neft hasil edilib.

Mediapress.az”ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmin 37 425,8 min tonu əmtəəlik xam neftin payına düşüb.

Hesabat dövründə əmtəəlik xam neft hasilatı 3,3% azalıb.

Ötən il ölkədə 35 591,4 mln. kubmetr həcmində təbii qaz hasil edilib ki, bu da 2018-ci ildən 16,3% çoxdur.

Təbii qaz hasilatının 24 526,7 mln. kubmetri əmtəəlik təbii qazın payına düşüb. Əmtəəlik təbii qaz hasilatı 2018-ci illə müqayisədə 27,7% çoxdur.