\
20 Aprel 2024 - Şənbə

"Azərbaycan Dəmir Yolları": Təbriz-Culfa turist qatarı İran daxilində fəaliyyətə başlayıb

"Azərbaycan Dəmir Yolları": Təbriz-Culfa turist qatarı İran daxilində fəaliyyətə başlayıb
1848baxış
Bu gün bəzi elektron KİV-lərdə İranın Təbriz şəhəri ilə Azərbaycanın Culfa şəhəri arasında sərnişin qatarının fəaliyyətə başlaması ilə bağlı informasiyalar yayılıb.
 
"Azərbaycan Dəmir Yolları" QSC-dən KİV-ə bildirilib ki, yazıda qeyd olunanlar həqiqəti əks etdirmir.
 
Belə ki, İran Dəmir Yolları İdarəsindən yerli mətbuata verilən məlumata görə İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətində Təbriz-Culfa və əks istiqamətdə turistlər üçün nəzərdə tutulan turist qatarı istismara verilib. Təbriz-Culfa gündəlik turist qatarı İran daxilində fəaliyyət göstərəcək.