\
26 Aprel 2024 - Cümə

Bakının prokurorluq orqanlarının 8 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub

Bakının prokurorluq orqanlarının 8 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub
1828baxış

Baş prokurorun müvafiq əmrləri ilə Bakı şəhər prokurorluq orqanlarının 8 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub.

"Mediapress.az"ın xəbərinə görə, bunu Bakı şəhər prokuroru İlqar Abbasov əməliyyat müşavirəsində deyib.

O qeyd edib ki, həmin şəxslərdən 3 nəfərə şiddətli töhmət, 5 nəfərə isə töhmət elan olunub.