\
26 Aprel 2024 - Cümə

Xırdalan şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Xırdalan şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq
1731baxış

Bu gün Abşeron rayonunun Xırdalan şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə “Azərsu” ASC-dən bildirilib. 

Məlumata görə, buna səbəb şəhərdə yeni yaradılmış içməli su təchizatı infrastrukturunun şəbəkəyə qoşulmasıdır. 

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.