\
2 May 2024 - Cümə axşamı

Azərbaycanlı jurnalist Türkiyə televiziyasında veriliş aparacaq

Azərbaycanlı jurnalist Türkiyə televiziyasında veriliş aparacaq
1971baxış

Hazırda Türkiyə dövlətində doktorantura təhsili alan araşdırmaçı-jurnalist Şəhla Aslan Türkiyənin "KonTV" televiziya kanalında yeni yayımlanmağa başlayan "Dünya gözünde Türkiye" adlı verilişdə aparıcılıq edəcək.

Mediapress.az xəbər verir ki, yeni verilişdə Türkiyədə yaşayan xarici vətəndaşların Türkiyəyə dair fikirləri müzakirə olunacaq.

İlk canlı yayımı 22 Yanvarda efirə verilən verilişdə Türkiyədə təhsil alan xarici tələbələr qonaq olub.

Verilişdə Türkiyə təhsil sistemi, təqaüd proqramları, yaşam tərzi, milli mətbəx, mədəniyyət, Türkiyənin turistik yerləri və s. haqda danışılıb.

Qeyd edək ki, sözügedən veriliş hər həftənin 3-cü günü Azərbaycan saatıyla 16:00-da KonTV-də canlı yayımlanacaq.

https://canlitv.com/kon-tv

Azərbaycanlı jurnalist Türkiyə televiziyasında veriliş aparacaq




 
 


 Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.