\
20 Aprel 2024 - Şənbə

Bakıda avtobus qəzasında yaralananların adları açıqlanıb - SİYAHI

Bakıda avtobus qəzasında yaralananların adları açıqlanıb - SİYAHI
1724baxış

Baş Dövlət Yol Polisi İdarəsi Bakıda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb. 

BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev "Mediapress.az"a bildirib ki, bu gün saat 7:00 radələrində Zabrat Maştağa avtomobil yolundakı körpünün üzərində sürücü Cahangirov Elgün Otello oğlunun idarə etdiyi “Ayşən LTD” MMC-yə məxsus, 107 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı, 90-JL-290 dövlət qeydiyyat nişanlı avtobusla eyni istiqamətdə qarşısında hərəkət edən və körpü üzərində idarəetmədən çıxaraq fırlanıb hərəkətin əks istiqamətdə dayanmış Quliyev Əbil Zabil oğlunun idarə etdiyi VAZ-2107 markalı, 10-MR-819 dövlət qeydiyyat nişanlı minik avtomobili toqquşub.

Qəza nəticəsində avtobusun sürücüsü və sərnişinləri, 1970-ci il təvəllüdlü Kərimova Aytən Əfələddin qızı, 1996-cı il təvəllüdlü Məmmədova Fidan Rasim qızı, 1961-ci il təvəllüdlü Balakişiyeva Mühbarə Cuma qızı, 1993-cü il təvəllüdlü Məmmədov Əli Rasim oğlu, 1996-cı il təvəllüdlü Həsənov Elşən Məmməd oğlu və1991-ci il təvəllüdlü Rüstəmzadə Murad İlqar oğlu yüngül dərəcəli xəsarətlər alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.