\
25 Aprel 2024 - Cümə axşamı

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda daha bir ölüm! - Həkim dandı: "Xəstə sağ-salamatdır" Eksklüziv

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda daha bir ölüm! - Həkim dandı: "Xəstə sağ-salamatdır" Eksklüziv
1754baxış

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda daha bir ölüm hadisəsi baş verib. 

Mediapress.az-a daxil olan məlumata görə, 1959-cu il təvəllüdlü Binəqədi rayon sakini Kamilov Bəxtiyar Mirzə oğlu ağciyərinin xroniki obstruktiv xəstəliyi nəticəsində dünyasın dəyişib. 

Hadisə ilə bağlı institutun həkimi Nuriyyə xanımla əlaqə saxladıq:

"Bizdə belə bir xəstə vəfat etməyib, o evə yazılıb, sağ salamatdır. Mən klinik laboratoriyasının həkimiyəm. Ölüm hadisəsi ilə bağlı nə suallarınız olacaqsa, institutun rəhbərliyi var, direktoru var, Baş həkim var, onlarla əlaqə saxlayın".