\
28 Mart 2024 - Cümə axşamı

“Access Bank” maliyyə göstəricilərini açıqlayıb

“Access Bank” maliyyə göstəricilərini açıqlayıb
1666baxış

“Access Bank” QSC 2019-cu ili 89,704 milyon manat zərərlə başa vurub.

Mediapress.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 5,8 dəfə çoxdur.

Ötən il “Access Bank”ın gəlirləri 123,811 milyon manat (illik müqayisədə 56,5% çox), xərcləri 110,029 milyon manat (1,8% az), xüsusi ehtiyatlara ayırmaları isə 103,486 milyon manat (əvvəlki il qənaət edib) təşkil edib.

Bu il yanvarın 1-nə “Access Bank”ın aktivləri 897,886 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,2% çoxdur. Bunun 536,428 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə Bankın kredit portfeli 1,1% kiçilib.

Hesabat dövründə “Access Bank”ın öhdəlikləri 2,3% azalaraq 803,545 milyon manata düşüb, o cümlədən depozit portfeli 31,9% artaraq 660,96 milyon manata çatıb, balans kapitalı isə 66,8% artaraq 94,341 milyon manat, o cümlədən nizamnamə kapitalı 84,5% artaraq 258,718 milyon manat təşkil edib.

Xatırladaq ki, "Access Bank" 2002-ci ildə "Azərbaycan Mikromaliyyələşdirmə Bankı" kimi fəaliyyətə başlayıb, 2008-ci ildə reberendinq edib. Bankın səhmdarları Asiya İnkişaf Bankı (19,89%), Avropa İnvestisiya Bankı (17,39%), Beynəlxalq Maliyyə Korporasiyası (16,56%), Hollandiya İnkişaf Bankı (9,41%), Avstriya İnkişaf Bankı (9,17%), SIFEM AG (8,89%), “Responsability Management Company S.A.” (7,11%), “Responsibility SICAV (Lux)” (2,91%), EFSE (2,78%), “Symbiotics SICAV (Lux)” (2,27%), GGF (1,77%), “LFS Advisory GmbH” (1,27%), Qara Dəniz Ticarət və İnkişaf Bankıdır (0,58%).