\
18 Aprel 2024 - Cümə axşamı

Kürdəmirdə fərdi yaşayış evində yanğın baş verib - FOTO

Kürdəmirdə fərdi yaşayış evində yanğın baş verib - FOTO
1638baxış

Kürdəmir rayonunda fərdi yaşayış evində yanğın baş verib.

"Mediapress.az"ın Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb.

Belə ki, Kürdəmir rayon sakini Fariz İbrahimova məxsus 2 otaqlı 42 kv metrlik evin divarı yanıb. Hadisə yerinə 2 yanğınsöndürən maşın və 12 nəfər şəxsi heyət cəlb olunub. Yanğının otaqlara keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.