\
26 Aprel 2024 - Cümə

Vyetnamda turistlərə koronavirusla bağlı xəbərdarlıq edilib

Vyetnamda turistlərə koronavirusla bağlı xəbərdarlıq edilib
1632baxış

Vyetnamın Nha Tranq kurort şəhərinin hotelləri qonşu Çində koronavirusun yayılması barədə xəbərdarlıqlar yayaraq müştərilərini ehtiyatlı olmağa, izdihamlı yerlərdə olarkən təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.

Mediapress.az” RİA “Novosti”yə istinadən xəbər verir ki, iri hotellərdə divarlara asılan belə xəbərdarlıqlar Vyetnam, Çin, Koreya və rus dillərindədir.

Bundan əvvəl Nha Tranqda istirahət etmiş turistlərin ikisində koronavirusun təsdiqləndiyi bildirilmişdi.