\
29 Mart 2024 - Cümə

Xətai rayon icra hakimiyyətindən sakinlərə "rüşvət" təklifi - Qaçaq Nəbi 2 ünvanının sakinləri çarəsiz durumdadırlar EKSKLÜZİV - FOTOLAR

Xətai rayon icra hakimiyyətindən sakinlərə "rüşvət" təklifi - Qaçaq Nəbi 2 ünvanının sakinləri çarəsiz durumdadırlar EKSKLÜZİV - FOTOLAR
10435baxış

Xətai rayonu, Qaçaq Nəbi 2 ünvanında qanunsuz tikintintilər səngmir.

Sakinlərin Mediapress.az-a verdikləri məlumata görə, binanın qarşısında obyektin tikintisi ilə əlaqədar gediş-gəliş yolları tamamilə bağlanıb. Binaya daxil olmaq üçün sakinlər əlavə yol qət etmək məcburiyyətində qalıblar. 
 
Hələ bu azmış kimi, yeni tikilməkdə olan obyektin sanitar-qovşağının kanalizasiya sistemi binanin altına buraxılıb. Sakinlərin iddialarına görə, vəziyyətlə bağlı dəfələrlə Xətai rayon icra başçısı Rafiq Quliyevə şikayətlə şikayət ərizəsi ünvanlanılsa da, hələ ki, heç bir nəticə yoxdur. 
 
Qeyd edək ki, sözügedən ünvanda tikinti qanunsuz olaraq aparılır! Bununla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müvafiq aktı Fövqəlada Hallar Nazirliyinə də göndərilib. Lakin dövlətin qanunlarına uyğun hazırlanmış sənəd bir növ heçə sayılır. Daha doğrusu, obyektin tikintisi davam etdirilməkdədir. 
 
Uzun müddətdir ki, bu acınacaqlı durumdan əziyyət çəkən sakinlərin iddialarına  görə, Xətai rayon icra hakimiyyətinin məsul şəxsləri tikintisi gedən obyektin sahibindən külli miqdarda vəsait alıblar. Eyni zamanda sakinlərə torpaq sahələri də vəd edilib ki, öz haqqlarını tələb etməyib sussunlar. Buna baxmayaraq, camaat bir nəfər kimi verilən "rüşvətdən" imtina ediblər. Və düşdükləri bu durumla bağlı - qanunsuz tikilinin dayandırılması üçün ölkə rəhbərinə yazılı müraciət etməyə hazırlaşırlar. 
Xatırladaq ki, bir neçə ay öncə ölkə başçısı İlham Əliyev müfaviq qurumlara qanunsuz tikintilərin qarşını almağına dair göstəriş vermiş, rüşvətxor məmurlara qarşı ciddi tədbirlərin görülməsini tapşırmışdı.

Qarşı tərəfin də fikirini dinləməyə hazırıq.