\
19 Mart 2024 - Çərşənbə axşamı

"Bizim xanımlar öz güclərindən xəbərsizdirlər!" - İş qadını Elmira Abdullayeva - FOTOLAR

"Bizim xanımlar öz güclərindən xəbərsizdirlər!" - İş qadını Elmira Abdullayeva - FOTOLAR
5839baxış
Necə uğurlu iş qadını olmaq olar? Maraqlı sualdır, həmçinin də düşündürücü... 
 
Gözəl qadın gözə, yaxşı qadın ürəyə xoş gələr: birincisi - brilliant, ikincisi - xəzinədir. Bəs bütün sərvət bir aradadırsa, üstəlik, iş xanımıdırsa? Bu suala müsahibimiz cavab verəcək.
Qonağımız iş qadını Elmira Abdullayevadır.
 
- Elmira xanım, zərif cinsin nümayəndələri sizdən sirrlər gözləyir. Nə böyük hikmətdir belə? 
 
- (gülür) İlk öncə özüm haqqında məlumat verim - ailəliyəm, iki övladım var, 33 yaşım var. Onlayn bizneslə məşğulam. Xarici Dillər Universitetini qırmızı diplomla bitirmişəm. Əvvəllər dövlət işində işləyirdim. Xəyallarımla maaşım üst-üstə gəlmirdi. Sosial şəbəkələrdən izləyirdim ki, insanlar evdə otura-otura pul qazana bilirlər. Facebook sosial şəbəkəsində bir elan çıxdı qarşıma, onlayn pul qazanmağın yolu. Yazdım, mənə qısa məlumat verildi. Başladım ikinci iş kimi fəaliyyətə. Yavaş-yavaş anladım ki, iki yerdə çalışmaq mənə çətinlik yaradır. Ərizəmi yazıb, dövlət işindən ayrılmaq məcburiyyətində qaldım.
 
- Sizi qınayan oldumu?
 
- Əlbəttə. Doğmalarım, yaxınlarım bu hərəkətimə görə çox tənbeh etdilər məni. Ətrafımda hətta lağa qoyanlar da oldu. Amma mən ikinci işimdəki uğurlarımla səhvə yol vermədiyimi hər kəsə sübuta yetirə bildim. İndi mənimlə fəxr edirlər.
 
- Söhbətimizdən belə anladım ki, şirkətdə çalışırsınız və sosial şəbəkələr üzərində ətrafınıza xanımlardan ibarət komanda toplayırsınız.  
 
- Bəli, "Ежик груп" kimi fəaliyyət göstəririk. Doğrudur, indi sosial şəbəkələr üzərində çox fırıldaqçılıq edilir. İnsanları aldadırlar. Amma biz dünyaca tanınmış şirkətə bağlıyıq və çalışırıq hər şey doğru-dürüst, respublikamızın qanunvericiliyinə əsaslansın.  Böyük komandamız var. İnsanlarla birlikdəyik. Evdə oturub həm ailəmlə məşğulam, həm də onlayn biznesimi yürüdürəm. Xanımların həyat tərzini dəyişirəm, onlara motivasiya verirəm, güclü olmağa çağırıram. Hər gün yüzlərlə qadınlarla danışıram. Elə talelər görüb, eşidirəm ki... Əslində xanımlarımız güclüdür, sadəcə özgüvən zəifdir.  
 
- Hər gün yüzlərlə xanımla ünsiyyətdə olursunuz... Nələr görürsünüz?
 
- Olur ki, xanım özünə dəyər vermir, potensialından xəbərsizdir, ali təhsili olmasa da belə, həqiqətən də müdrik və ağıllıdır. Düşüncələri çox gözəldir. Eləsi də var ki, heç danışmağa halı yoxdur, təklifləri anlayışla qəbul etməyi belə bacarmır. 
 
- Bu, ödənişlidirmi?
 
- Xeyr, tamamilə pulsuz.
 
- Bəs qazancınız nədir?
 
- Qazancımız - keyfiyyətli məhsullarımızdan istifadə etməklə biznes qurmaqda yardımçı olmaq. Öyrənmək üçün xanımlara təlimlər də keçirik. Biz insanlara daha çox qazanmağı öyrədirik ki, biz də daha çox qazanaq.  Nə qədər xanıma daha çox qazanmağı öyrədiriksə, biz də o qədər çox qazanırıq. Qazancımız səyahətlər, mükafatlar, keyfiyyətli, gözəl məhsullardır. 
 
- Mən ilk dəfədir belə maraqlı bir qazanc yolu görürəm.
 
- Sosial şəbəkələrdə elanlar çoxdur. Amma əməkdaşlıq ediləcək şirkət barədə ətraflı məlumat əldə olunmalıdır. Xanımlar ilk öncə öyrənməlidirlər ki, görsünlər bu şirkət rəsmi fəaliyyət göstərirmi? 
 
- Bəylərlə işləmirsiniz?
 
- Niyə ki? Bəylər də işləyə bilərlər. Amma şəxsən mən əks cinsin nümayəndələri ilə işləmirəm. Çünki onların düşüncəsi başqa cürdür. Biznes səbr tələb edir. Kişilərimiz isə səbirsizdirlər. 
 
- Elmira xanım, gəlib çatdıq sahibkarların ən yaralı yerinə. Bu pandemiyada ziyanamı işlədiniz, xeyirəmi? Qazancınız, itkiləriniz nə oldu?
 
Əksinə, pandemiyada gəlirim daha da artdı. Çünki insanların çoxu evdə qaldı. Sosial şəbəkələr daha çox diqqət cəlb elədi. Baxmayaraq ki, mənim valideynlərim COVİD-19-a yoluxdular. Mən ay yarım onlara qulluq etdim, həkimlərlə əlaqəmi kəsmədən hər ikisini sağaltdım. İki ay biznesimdən uzaq qaldım. İşləyə bilməsəm də, gəlirimi artıqlaması ilə qazandım. Komanda olaraq, biz də yardımlara qoşulduq, köməklik etdik. Xəstəliklərlə mübarizə aparan xanımlara da mümkün qədər köməklik etmişik. Xeyirxahlıqla bağlı çox işlərimiz olub. Bunlardan danışmaq istəməzdim. Bir əlin verdiyini o biri əl bilməməlidir. Hər ay gəlirimizi götürəndə mütləq bir savab iş görməyi qarşımıza plan kimi qoymuşuq. 
 
- Pandemiyada Prezidentimiz cənab İlham Əliyev tərəfindən sahibkarlara yardım haqda qərar verildi. Yararlandınızmı?  
 
 - Bəli, çox fayda oldu bizlərə. Verdiyimiz vergi iki qat geri qaytarıldı. Çox minnətdaram ölkə rəhbərimizə. 
 
- Xanımlarla çox ünsiyyətdə olursunuz. Estetik əməliyyatlarla bağlı nə məsləhət görürsünüz? 
 
- İstər evdar xanım olsun, istər iş qadını olsun, ilk növbədə özünə baxmalıdır. Mən bu müddətdə bunu öyrəndim ki, əgər qadın xoşbəxt olmaq istəyirsə, ilk növbədə özünə baxmalıdır. Ailənin sütunudur qadın. Bizim xanımlarda ən böyük mənfi cəhət bilirsiniz nədədir? Öz güclərindən xəbərsizdirlər! Estetik əməliyyatlara qayıdınca, nəyi pisdir ki? Hədərində və qədərində. 
 
- Deməli, xanımlarımız bir neçə qrupa bölünür... 
 
- Demək olar ki: var ki, həyatları haqda qərar verə bilmirlər, Məsələn, kimdənsə asılıdırlar: ailədən, ərindən, qardaşından, nəsil-kökündən... Halbuki, öz gücü, savadı ilə nələrsə yarada bilər. Böyük layihələrə imza ata bilər. Amma çəkinir. Ümumiyyətlə, biz cəmiyyət olaraq sərbəstlikdən kasadıq. Xoşlayırıq ki, fiks maaşa işləyək. Çox istəyərdim ki, şəxsi inkişafa daha çox üstünlük verilsin. Evdar xanımlarımızın buna daha çox ehtiyacı var. Ola bilər kimsə təhsilsizdir, komandamızda belələri çoxdur. Amma elə iti məntiq sahibidir ki. Bununla da qarşılarına qoyduqları məqsədə nal ola bilirlər. Elələri də var ki, dinləyir və sakitcə çıxıb gedir. Bu cür xanımlar heç vaxt uğurun yolunu tapa bilməyəcəklər. Mən hər zaman deyirəm, ərin, qardaşın, bacının, ata-ananın pulu sənin pulun deyil. Özününkü olmalıdır. Özününkü olması üçün də çalışmalısan. Səbrlə. 
 
- Zəif xanımlara dəstək ola bilirsinizmi? 
 
- Bizim komandaya qoşulanlar arasında sıfırdan başlayanlar çoxluq təşkil edir. Ümumiyyətlə, insan düşüncələrini dəyişməsə, pul qazana bilməz. 
 
- Xasiyyət memarı önəmlidirmi? 
 
- Çox vacibdir ki, pozitiv olsunlar. Biz xanımlarımızı komandamıza dəvət edirik, daxilində yatıb qalmış potensialın tozunu alıb, cəmiyyətə təqdim edirik. Əlbəttə ki, bu arada qarşı tərəfin istəyi də önəm daşıyır. Məsələn, deyir ki, ətrafım yoxdur. Deyirik, narahat olmayın, yaranacaq. İlin sonunda özün şahidi olacaqsan. Xanımlarımız var ki, işə sıfırdan başlamışdı, indi əsl iş qadınıdır. Biz çörək vermirik, çörək qazanmağın yollarını öyrədirik. Heç kim düşünməsin ki, evdə oturub seriala baxacam, kimsə gətirib mənə pul verəcək, bu, absurddur. Hər bir iş üçün əziyyət çəkilməlidir ki, sonradan bəhrəsini görəsən. 
 
- Elmira xanım, əks cinsin nümayəndələri ilə aranızda problem yaranacaq. Axı bəzən onlar özlərindən üstün olan, çox pul qazanan xanımları qısqanırlar. Çox qazanan, aktiv xanımları gördükdə qıcıq olurlar... 
 
- Bəli, olur belə hallar. Amma bu yaxşı deyil. Qadın bir güldür, suladıqca yaşayır. Şərait yaradın, imkan verin daxilindəki o potensialı üzə çıxarsın. Sizə, ailəsinə, balalarına dəstək olsun. Pul qazanmaq çətindir, amma nəticəni gördükdə, sevinirsən. Bu iş elədir ki, evdən çölə çıxmadan reallaşdırırsan. Belə olan halda həm ev işlərini görürsən, həm yoldaşının qayğısına qalırsan, həm də bisnesini qurma imkanın olur. Yalnız tədbirlər, çəkilişlər üçün evdən çıxmaq olur. 
 
- Xəyallarınız gerşəkləşirmi?
 
- Əlbəttə! Mən uşaqlarımın təhsilini inkişaf etdirmək üçün yollar axtarırdım. Oğlum ingilis dilində danışmğı bacarır, qızım da rus dillidir. Əlavə dil bilmək çox yaxşıdır, təhsilin müəyyən hissəsidir. Hər ikisi özəl məktəbdə oxuyurlar. İnşallah, mənim onlar üçün çəkdiyim əziyyəti yerə vurmazlar.
 
- Biznes qurmaq, iş qadını olmaq arzusunda olan xanımlara nə məsləhət görərdiniz? 
 
- Mən hələ də irəliyə doğru addımlayıram. Hələ dayanmaq fikrim yoxdur. Bəlkə də gələcəkdə böyük şirkət qurdum. Bu, övladlarım üçün bir sərmayə də ola bilər. Xanımlar güclüdür, inanın buna. Həm də prinsipial. Qarşınıza məqsəd qoyun. Ona doğru irəliləyin, görəcəksiniz ki, artıq işləri yarı etmisiniz. Çalışın, öz pulunuz olsun deyə, yaşayasınız. Kiminsə əlinə baxmayasınız. Həyatı bilmək olmur. Elə sürprizlərlə insanı üz-üzə qoyur ki. Hər şeyə hazır olmaq üçün isə güc və səbr lazımdır. Xanımları komandamıza qoşulmağa dəvət edirəm. Təlimlərimizdə iştirak edin. biznes qurmağın yollarını öyrənin. Uğurlar hamıya!
 
P.S. Elmira Abdullayevanın komandasına üzv olmaq üçün 0507373982 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. 
 
https://www.instagram.com/elmira_ayxan/?igshid=1h9y2nfoz88tv
 
Könül Aypara