\
24 Aprel 2024 - Çərşənbə

"Məkrli obrazları oynamağı sevirəm!" - Argentinalı aktrisa ilə özəl söhbət

"Məkrli obrazları oynamağı sevirəm!" - Argentinalı aktrisa ilə özəl söhbət
1774baxış
“Ulduzlar” rubrikasının bugünkü qonağı argentinalı aktrisa Veronika Viyeradır.
Onu 1998-1999-cu illərdə bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da yayımlanan “Vəhşi Mələk” serialından tanıyırsınız. Sarışın, nadinc bu xanım serialda baş qəhraman Natalia Oreiro və Fakundo Arananın bacısı rolunu canlandırıb. Hazırda Argentinada yaşayan “Viki” ləqəbli aktrisa aparıcı Anar İbrahimlinin suallarını cavablandırıb.
 
- Veronika, Azərbaycanda məşhur olduğunuzdan xəbəriniz varmı? Sizi "Vəhşi Mələk " və "Cabecita" seriallarınız hələ də yaddaşlardadır.
 
- “Vəhşi Mələk” serialının bir çox ölkədə uğur qazandığından, hətta bir neçə dəfə təkrarlandığını və çox bəyənildiyini bilirəm.
 
- Necə oldu ki, aktrisa olmaq qərarına gəldiniz?
 
- Düzü, aktrisa olmağa hazırlaşmırdım. Bir gün rəfiqəm kastinqə gedəndə, mənə də özümü sınamaq istədim. Elə oldu ki, kastinqdən uğurla keçdim. Və beləcə aktirsalıq karyeram başladı.
 
 
- Latın Amerikasında məşhurlaşmaq asandır, yoxsa çətin?
 
- Bütün dünyada olduğu kimi məşhurluğu idarə etmək asan deyil, çünki özəl həyatın da bura daxildir. Son dövrlər, demək olar ki, özümü istehsalata həsr etmişəm.
 
- Hansı serialın həyatınızda böyük rolu olub?

 
- 1997-ci ildə çəkildiyim “Naranja y Media” serialı karyeramda böyük uğur yaratdı. “Vəhşi Mələk” isə beynəlxalq səviyyədə mənə böyük uğur qazandırdı.
 
- Hansı obrazı canlandırmaq sizə daha xoşdur, şıltaq, yoxsa hiyləgər?
 
- Mən daha çox məkirli, zəkalı obrazları sevirəm. Düşünürəm ki, həyatda cəsarətli olmalısan və çıxıb onu yaşamalısan.
 
- "Vəhşi Mələk" serialını çox bəyənirəm. Hətta ötən il karantin günlərində yenidən izlədim. Viki obrazını bəyənirsinizmi?
 
- Bəli, Viki çox sevdiyim və əyləndiyim obraz idi. Çəkiliş zamanı da əla vaxt keçirirdik. O günlərlə bağlı yaxşı xatirələrim var. Yeri gəlmişkən, orada çox cavan idim (gülür). Bu serialı çox sevirəm. Marcelo Mazzarello ( sürücü Morgan) ilə birlikdə bu iki personajı əyləncəli, romantik və sevimli etmək üçün çox çalışırdıq.
 
- Həmin serialı sonuncu dəfə nə vaxt izləmisiniz?
 
- Yunanıstandan, Rusiyadan, Türkiyədən və bir sıra ölkələrdən qısa fraqmentlər göndərirlər. Bu, məndə xoş hisslər yaradır.
 
- Seriallarda birgə çəkildiyiniz Natalia Oreiro, Facundo Arana və digər həmkarlarınızla münasibətləriniz necədir?
 
- Nataliaya heyranam. O, möhtəşəm aktrisa, gözəl, hər şeydən əvvəl inanılmaz və təvazökar bir insandır. Çalışqan və çox ağıllı birisidir. Fakunda ilə də ünsiyyətimiz davam edir. Mənim üçün o işıqlı bir varlıqdır. Ona pərəstiş edirəm. Marcelo ilə bu yaxınlarda Instagram üçün sitcom olan "El proyecto. La serie" də bir neçə səhnə çəkdik, birlikdə çox gülürük, onunla çoxlu xatirələrimiz var. Həmişə bir-birimizə dəstək oluruq.
 
 
- Hazırda bütün dünyanı cənginə alan koronavirus pandemiyası ilə necə mübarizə aparırsınız?
 
- Dünyanın hər yerində çox çətin, kədərli və ağrılı mövzudur. Mən karantində evdə işlədim və bütün ciddi qayğılarla mümkün qədər təcrid olundum. Bir çox insan dünyasını dəyişdi. Ümid edirəm ki, bir həll yolu olacaq. Çünki insanlara həm iqtisadi, həm də mənəvi ziyan vurdu. Xəyallar, layihələr, azadlıq itirilib. Tanrının köməyi ilə tezliklə dünyanın bu problemi həll olunar və insanlar dinc nəfəs ala bilər.
 
- Gələcəklə bağlı nə kimi planlarınız var?
 
- Hazırda iki teatrda prodüserəm, digər sənətçilərlə yanaşı uşaqların striminqi ilə məşğul oluram. Tamaşanı bu ay debüt etdirmək fikrindəyik. İşimdən çox razıyam.
 
- Çox gözəl, baxımlı xanımsınız. Bu gözəlliyinizin sirri nədədir?
 
- Heç bir sirrim yoxdur ( gülür). Gördüyünüz kimiyəm. Artıq 51 yaşındayam. Yaşıdlarım kimi qırışlarım var. Zaman hamı üçün keçib gedir. Makiyaj etmirəm, mümkün qədər təbii görsənməyə çalışıram. Mən real həyatda necəyəmsə elə helə də görsənmək istəyirəm. Bugün sosial mühüt, şəbəkələr insanları pis olmağa vadar edir. Çünki qadınlar olduğumu görsənmir. İndi hər kəs ideal görsənməyə çalışır, ama belə bir ideal anlayışı yoxdur. Hər kəs adi bir qadındır. İdeal qadın axtarırsınızsa tapa bilməyəcəksiniz. Mən təbiiliyə üstünlük verirəm. Hər bir insan öz çatışan və çatışmayan cəhələri ilə qəbul olunmalıdır.
 
 
- Veronika Vieyra ailəsi ilə xoşbəxtdirmi?
 
- Mənim çox gözəl ailəm var. İki gözəl rəssam qızım var. Onları çox sevirəm. Məni sevən nəvəm də var. Həyat yoldaşım Klaudio ilə artıq 6 ildir ki, birlikdəyik. O möhtəşəm insandır. Sadəcə onu deyə bilərəm ki, nail olduğum və bu yaşadığım həyatın hər saniyəsi üçün xoşbəxtəm.
 
- Son olaraq Azərbaycandan olan izləyiciləriniz üçün nə demək istərdiniz?
 
- Hər kəsi salamlayıram. Bu dönəmlərdə ən vacib şey sağlamlıqdır. Hər kəsə sağlam həyat arzu edirəm. Qalan hər şeyə çalışaraq nail ola bilərik.
 
 
Anar İbrahimli
Mahar Məhərrəmov