\
26 Aprel 2024 - Cümə

"Azərbaycana salam!" - "Mehriban düşmən" serialının qəhrəmanı - VİDEO - FOTOLAR

"Azərbaycana salam!" - "Mehriban düşmən" serialının qəhrəmanı - VİDEO - FOTOLAR
5518baxış
1995-ci ildə Venesuela kinematoqraflarının ərsəyə gətirdiyi "Mehriban düşmən" adlı çoxseriyalı film milyonları ekran qaşısına topladı. İki gəncin bir-birinə bəslədiyi dərin məhəbbət, bir müddət sonra nifrətə çevrilsə də, sonunda sevgi qalib gəldi.
Əlavə edək ki, 90-cı illərdə bu serial bütün dünyada, o cümlədən Azərbaycanda da tamaşaçıların dərin marağına səbəb olmuşdu. "Ulduzlar" rubrikasının budəfəki qonağı, hazırda Madriddə yaşayan “Viki” ləqəbli aktrisa Cici Sançetta Anar İbrahimlinin suallarını cavablandırıb:

- Salam, Cici! Karantin necə keçir?

- Allaha şükürlər olsun ki, yaxşıyam, qorunuruq. ÜST tərəfindən verilən önləyici tövsiyələrə əməl edirəm, bu çətin dövrdə pandemiyanın tarazlığını saxlamaq üçün ruh yüksəkliyini saxlamağa çalışıram.
 
- Bir az özünüzdən danışın. Necəsiniz? Nə işlə məşğulsunuz?
 
- Hal-hazırda mən oğlum və ailəmlə Madriddəyəm. Bildiyiniz kimi, pandemiya bütün dünyanı bulaşdırıb. Məhs bu səbəbdən bəzi işlərə ara verməyə məcbur qalmışıq.
 
- Bizim ölkəmizdə “Viki” kimi yaddaşlarda qalmısınız. İllər əvvəl Dövlət televiziyasında “Mehriban Düşmən” teleserialı yayımlanıb. Bu baradə məlumatlı idinizmi?
 
- Bəli, bəli, xəbərim var. Mən çox xoşbəxtəm ki, Venevision istehsalı olan” Mehriban Düşmən” serialı mənə bu qədər uğur qazandırıb. Sizin gözəl ölkənizdən o qədər xoş mesajlar alıram ki. Bəzən, hətta mənə instagram vasitəsilə teleserialdan qısa videolar göndərirlər. Sizdən dəstək və sevgi aldığım üçün təşəkkür edirəm. Təşəkkürlər, Azərbaycan!

- Yeri gəlmişkən, məndə bu günə kimi sizin şəkilləriniz qalır. Sizə göndərəcəm. Bir az bu serial haqqında məlumat verin. Necə oldu ki, bu serialda rol aldınız ?
 

 

Cici Sançetta (Viktoriya Anduesa)

 
- Şəkillərə baxdım çox möhtəşəmdirlər. Anar, çox sağ ol! “Cara sucia” serialında “ Santa Ortigosa” rolu mənə uğura yol açdı. Hətta Monqolustana qastrol səfərinə apardı. Ana olduqdan sonra isə “Mehriban Düşmən” serialına çəkilməyə təklif aldım.

- Əgər sirr deyilsə və yadınızdadırsa bu serial sizə nə qədər gəlir qazandırmışdı?
 
- Sözün düzü, nə qədər olduğu yadıma gəlmir (gülür) Amma qənaətbəxş idi.
 
- Bu serialla bağlı hansı xatirələriniz qalıb?
 
- "Mehriban düşmən" gözəl xatirələrini hələ də saxlamaqdadır. Böyük bir komanda ilə, üstəlik peşakarlarla çalışmaq özü bir uğur və əyləncə idi. Mən işləməyi, incəsənəti və məhsuldar qadın olmağı sevirəm.
 
- Serialdakı həmkarlarınızın hansı ilə dostluq münasibətləriniz hələ də davam edir?
 
- Yaxşı dostlar qazanmışam. Onlara onların yüksək insani keyfiyyətləri üçün dəyər verirəm. Bu serialdan anam obrazında olan aktrisa Yahaira Orta, daha sonra həyat yoldaşım, rəssam rolunu canlandıran dostum - Adolfo Cubas ilə dostluq münasibətimiz bu günə kimi davam edir. Digər seriallardan isə sizin də tanıdığınız, Veronica Ortiz, Rosalinda Serfaty kimi digər yaxşı dostlarım var .
 
- Guillermo Davila ilə işləmək necə idi?

 

Gillermo Davila - Xulio Sesar Gereiro

- Gillermo Davila ilə işləmək bir xəyal idi, çünki yeniyetmə yaşlarımda onu heyran edirdim, o, əsl centlmen və işinin peşəkarıdır. Çəkiliş zamanı həmişə bizi güldürər və çoxlu zarafatlar edərdi.

- Bir çox teleseriallarda rol almısınız. Ölkəmizdə "Taleyin əksinə", "Sevginin Gücü" adlı seriallar yayımlanıb. Hər birində fərqli obrazda olmusunuz. Birində müsbət, birində mənfi obraz. Ən çox hansını bəyənirsiniz: müsbət, ya mənfi?
 
- Hər ikisini bəyənirəm! Yaxşı və ya mənfi obraz... Hər zaman obrazın quruluşundan, hər şərhindən, hər bir personajı canlandırmaqdan zövq alıram.
 
- Necə oldu ki, Cici aktrisa olmağına qərar verdi?
 
- Yeddi yaşım olarkən artıq aktrisa olmaq düşünücəsi ilə yaşayırdım. Və həmişə bacımla rollar canlandırardım. 14 yaşımda xəyallarımın ardınca getməyə qərar verdim və incəsənətdə ilk addımlarımı atmağa başladım. Məktəbdə və mənə incəsənətin dərinliklərini öyrədən müəllim heyətinə böyük təşəkkür düşür. Onların səyi nəticəsində böyük uğurlara imza atdım.
 
- Heç olubmu ki, hər şeydən bezmisiniz və aktrisalıqdan uzaq qalmaq istəmisiniz?
 
- Aktrisalıq istedaddır. Biz heç vaxt isdedadımızdan və işimizdən bezmirik. Bundan əlavə, bir dəfə şəxsi həyatıma daha çox vaxt ayırmaq qərarına gəldim. Baxmayaraq ki, mən həmişə səhnədə olmağım üçün titrəyəcəm! Bütün bunlara baxmayaraq, bacarmadım. Mən səhnə üçün doğulmuşam.
 
- İndiki dövrdə populyar olmaq və bu populyarlığı itirməmək üçün nə tələb olunur?
 
Mən hesab edirəm ki, məşhur olmaq üçün insanın gərək ilk əvvəl istedadı ola. Və seçdiyi sahədə daima irəli getməlidir. Həm də bu gün reklam formatı texlologiya sayəsində dəyişib. Biz bu platformalar sayəsində görünə və məşhurluğumuzu qoruya bilərik.

- Hər gün daha möhtəşəmsiniz, gözəliyinizin sirri nədir?
 
- Vau, təşəkkür edirəm (gülür) Mənim sirrim, mənim daxili qayğı göstərməyim. Yaşadığım hər bir ana görə, Allahıma minnətdar olmağım. Gərək hər bir insan ona verilən hər bir anı dəyərləndirə və qiymətləndirə. İnsanın daxili onun gözəliyinin sirridir.
 
- Sizə dəvət gələndə ən çox nəyə üstünlük verirsiniz. Gəlirə, yoxsa rola?
 
- Hər ikisini kombinə edirəm. Bəzən məvacib insan üçün bir o qədər də önəmli olmur. Bəzi xeyriyyə işlərində iştirak insanı iki qat zəngin edir. Həm də bizim ölkəmizdə bizim istedadımız, hər zaman qiymətləndirilir.

- Hər bir insanın həyat devizi var. Bəs Giginin həyat devizi nədir?
 
- Vikinin teleserialda dediyi bir deviz var idi: “Kim deyir ki, qorxuram?”
 
- Facebook səhifəmdə izləyicilər sizə sual ünvanlayıblar: Ən maraqlılarını seçmişəm. Məsələn, "Gigi “Viki” olmaq istəyərdi?" Yəni eyni vəziyyətlə üzləşsəydi, sevgini seçərdiniz, yoxsa intiqam almağı?

- Artıq Vikini yaşamışam. Və həyatımın istənilən vəziyyətində yalnız və yalnız sevgini seçəcəm.
 
- İki məşhur serialda sevgi yaşayıblar, yoxsa?
 
- Əlbəttə ki, yox.
 
- Həmin serial indi çəkilsəydi, Xulio Sesarın hansı Hollivud aktyoru ilə əvəz olunmasını istərdiniz?
 
- Antonio Banderasla. 
 
- Öyrənmək maraqlı olardı, Xulio ilə ehtiraslı öpüş səhnələrində hər hansı bir hiss duymuşdunuzmu? Yoxsa bu sizin müstəsna rolunuz idi?

- Hamısı tamamilə peşəkar səhnələr idi.
 
- Azərbaycanla bağlı hər hansısa bir məlumatınız var mı?

- Mən gözəl və möhtəşəm Azərbaycanın paytaxtı Bakı şəhəri ilə yaxından tanış olmaq istərdim. Bu arada, Anar, sizə və mənə dəstək olan hər bir kəsə təşəkkür edirəm. Sizin sevginiz, qayğınız bizi həmişə birləşdirəcək.

Hazırladı: Anar İbrahimli

Xüsusi olaraq: Mediapress.az üçün