\
19 Aprel 2024 - Cümə

“Çox qorxuram ki, göz dəyər mənə” - Eldar Qasımov

“Çox qorxuram ki, göz dəyər mənə” - Eldar Qasımov
1120baxış

Moderator.az “Eurovision-2011” müsabiqəsinin qalibi Eldar Qasımovun müsahibəsini təqdim edir:  

- Eldar, işlər necə gedir? Niyə görünmürsən?

- Hər şey qaydasındadır. Müğənninin həyatı həm müsiqidən, həm də sosial-ictimai həyatdan ibarətdir. Çalışıram ki, insanlara faydalı olum. Həm musiqi tərəfdən, həm də ictimai fəaliyyət baxımından. O ki qaldı görünməməyimə, tez-tez görünməyin heç bir mənası yoxdur.

- Bəlkə baş qarışıb şəxsi həyata? Olmaya bir yenilik var?

- Hər kəs kimi mənim də şəxsi həyatım var, əlbəttə ki. Şəxsi həyatım ailəm, valideynlərim, hətta pişiyimdir.

- Pişik saxlayırsan?

- Bəli, adı da "Quzi"dir. 

- Hansı uğuru gətirib?

- Onu saxlayandan bəri həyatımda uğurlarım artıb. Sınamışam.

- Eldar, “Eurovision” musiqi yarışmasını izləyirsiniz, çox güman ki. Azərbaycan Nigarla birgə duetinizdən sonra elə də hay-küylü bir nəticə əldə edə bilmir nədənsə...

- Niyə ki, Fərid ikinci yeri, Səbinə dördüncü yeri tutmuşdu və s. Qalibiyyət həm şansdan asılıdr, həm də seçilən nümayəndələrdən. Yəni müğənnilərdən və işdən asılıdır. Ümid edirəm ki, növbəti illərdə bizi gözəl nəticələr gözləyir.

- Bəs öz yaradıcılığında niyə durğunluqdur?

- Öz üzərimdə işləyirəm. İstəmirəm hər kəs kimi eyni musiqi ilə tamaşaçıları yorum. Gözləyirəm, çox istəyirəm ki, nəsə fərqli bir şey təqdim edim. Çalışıram. Yaxşı xəbərlərim olacaq.  

- Nigarla aranız dəyib? Niyə davam etmədiniz? Dueti nəzərdə tuturam...

- Biz çox istəyirik ki, bir araya gələk. İllərdir nəsə etmək istəyirik. Sözün açığı, bizi ortaq məxrəcə gətirən bir musiqi yoxdur. Həmçinin ortaq musiqi duyumumuz da yoxdur ki, biz ondan istifadə edib, bir mahnı yaradaq. Amma bəlkə də, İnşallah, nə vaxtsa yeni duetimizi tamaşaçıların ixtiyarına buraxacağıq.

- Dostsunuz? Bəs deyirlər...

- Şayiədir...

- Öz seçimin necə, varmı? Azərbaycanlı, xarici və ya türk ifaçılarından kiminlə duet istərdin?

- Fikirlərim var. Amma hələlik işlər gedir deyə, açıqlamaq istəmirəm. Çox qorxuram ki, göz dəyər mənə. İrəliləyişlər var. Planlar çoxdur. Tezliklə bildirəcəyəm əməllərimlə.

 

Hazırladı: Könül Aypara