\
16 Aprel 2024 - Çərşənbə axşamı

“Gənclər özlərini hansısa bir aktyora, müğənniyə yox, hansısa bir qəhrəmana oxşatsalar, daha yaxşı olar” - Qarabağ qazisi

“Gənclər özlərini hansısa bir aktyora, müğənniyə yox, hansısa bir qəhrəmana oxşatsalar, daha yaxşı olar” - Qarabağ qazisi
1927baxış
Qarabağ əlili daşıdığı ada hörmət qoymalıdır!”
 
Qarabağ döyüşlərində bir qolunu itirən qazi Anar Məmmədovun Moderator.az-a verdiyi müsahibəni təqdim edirik. 
 
-Yaşam tərziniz necədir? 
 
-Sağlamlığım əladır. İşləmirəm. Ailə qurmuşam, yenicə Arpaslan adlı oğlum dünyaya gəlib. 
 
-Nə ilə dolanırsınız?
 
-Əvvəl məktəbdə işləyirdim, çıxartdılar ordan. Hal-hazırda işləmirəm. Amma Qarabağ Əlil döyüşçülər Konfederasiyasında həm oyunçu, həm də idarə heyəti kimi fəaliyyət göstərirəm.  
 
-Dövlətimizin hər hansı bir köməyi dəyirmi sizə? 
 
-Fərdi olaraq köməklik dəyir. Ali Hərbi Məktəbdə işləyirdim. Özüm də ehtiyatda olan kapitanam, kəşfiyyatçı olmuşam. Sadəcə olaraq, sərf etmədim onlara, ona görə də çıxartdılar. Adını da qoydular ki, ixtisara düşdünüz. Təkcə məni yox, başqa bir qazimizi də çıxartdılar. 
 
-Başqa qurumlar tərəfindən hörmət olunmur sizə?
 
-Müdafiə Nazirliyindən başqa hər yerdə hörmət edirlər. Mən görmədim ki, Müdafiə Nazirliyi Qarabağ qazilərinə hörmət qoysun. Mənlə bərabər bir neçə nəfəri də hərbi tədris müəssisələrindən ixtisarla çıxartdılar. Dedilər, nazirliyin əmri var. Nə deyim daha? 
 
Amma dövlətimiz sağ olsun, ev, maşın növbəsinə götürülmüşük, gec-tez veriləcək, səbr etmək lazımdır.
 
- Gəncliyimizin vətənpərvərlik ruhundan razısınızmı? Bir qazi kimi bu yönəmdə nə kimi işlər görürsünüz? 
 
-Mən bir söz deyim, ümumiyyətlə, vətənpərvər olmaq üçün ilk öncə tarixdən başlamaq lazımdır. Gənclərimiz tariximizi öyrənməyə üstünlük verməlidirlər. Bizim zəngin tariximiz var. Amma istifadə etmirik. Çünki bilmirik, dərinliyinə varmırıq. Öyrənməyə də çalışmırıq. Yaxın tarixlə kifayətlənirik. Ona görə də bugünkü gündə 20 faiz torpaqlarımız işğaldadır. Xaricə gedən gənclərimiz tariximizi öyrənsinlər ki, qürbətdə faktlarla çıxış edə bilsinlər. Hansı tədbirə gediriksə, məhz elə bundan başlayırıq. Tarix. Ən həssas yerimizdir.  
 
-Qarabağ müharibəsinin iştirakçısı olmusunuz... O günləri necə xatırlayırsınız? 
 
-Mən kəşfiyyatçı olmuşam, hər günüm adrenalinlə keçib. 2015-ci ilin sentyabrın 1-də yaralanmışdım artıq. Özü də düşmən tərəfində. Mən öz tabeliyimdə olan əsgərlərimə, zabitlərimə ilk növbədə vətənpərvərliyi aşılayırdım. 15-20 dəqiqə ancaq vətəni qorumaqdan, işğal olunmuş torpaqlarımızda əsir düşmüş ana-bacılarımızdan, körpələrimizdən danışırdım ki, qoy onlar nifrətlə getsin düşmənin üstünə. Yəni heç kimə acımasınlar! Necə ki onlar eynisini bizə ediblər. Bax belə... uğurla alınırdı tapşırıqlarımız.
 
-Erməni öldürmüsünüz? 
 
-Əlbəttə.
 
-Erməni uşağı görsəydiniz necə, qıyardınız?
 
-Dinimizdə var ki, 7 yaşına kimi bütün uşaqlar müsəlmandırlar. Körpəyə qıymaq istəmərəm. Amma onun qocasını, orta yaşlısını, cavanını... hamısını qıraram! Çağalara isə yox. Düzdür, onlar ediblər o vəhşiliyi. Amma bizim dinimiz buna imkan vermir. Yaş həddini keçəndən sonra gözümün qabağında tikə-tikə doğrayaram. 
 
-Hazırda vətənpərvərlik necə aşılanır? Qəhrəmanlar yetişirmi?
 
-Qəhrəmanlar yetişdirilmir, doğulur! Getdiyimiz tədbirlərdə çalışırıq ki, ən azından vətənpərvər hissini baş qaldıra bilək gəclərimizdə. Aprel döyüşlərindən sonra bu hisslər çoxalıb. Düzdür, əvvəl də var idi, amma o köz bağlanmışdı. 4 günlük döyüşdən sonra o köz bir qədər də alovlandı. Gənclər özlərini hansısa bir aktyora, müğənniyə yox, hansısa bir qəhrəmana oxşatsalar, daha yaxşı olardı. Bu da siz jurnalistlərdən asılıdır. Sosial şəbəkələrdə, mediada bu təbliğat aparılmalıdır. Məsələn, hər verilişə beş müğənni çağıranda bir qazi də dəvət etsələr, o da öz fikirlərini bildirsə, neçə faiz gəncdə vətənpərvərlik hissi oyanar. Düzdür, bir çox qazilər özlərinə hörmət qoymurlar, amma elə dəyərlilər var ki, rəğbətlə qarşılanır. 
 
-Qazilərlə bağlı sizə pis təsir edən nədir? 
 
-Pis təsir edən çox şey var. Məsələn, bu yaxınlarda qazi ilə “Socar” əməkdaşları arasında baş verən hadisədə hər iki tərəfin əməlindən peşmançılıq hissi keçirtdim. Birincisi, Qarabağ əlili daşıdığı ada hörmət qoymalıdır. Çünki şəhid adı, qazi adı müqəddəsdir. Hər bir insan bu adı daşımağı özünə şərəf bilməlidir. Həmin hadisədə bu ada ləkə gətirildi. Dost var, düşmən var. Kənardan baxıb deyirlər ki, gör nə gündədirlər. Həm qaziyə hörmət qoyulmur, həm də qazi özünə hörmət qoymur. Qazilərlə bağlı ən yaxşı hadisələr nümayiş olunmalıdır. Qoy düşmən də baxanda bizim yaxşı tərəfimizi görsünlər. 
 
-Məmurlar necə? Qarabağ qazilərinə hörmət edirlərmi? 
 
-Yüz faiz olmasa da, yetmiş faiz... O da insanın özündən asılıdır. Elə məmurlar var ki, adamı elə qarşılayırlar, deyirsən, bizim də yəni bu cür məmurumuz varmı? İnsanın qəlbində vətəpərvərlik sevgisi olmasa, nə məmuru, nə adi vətəndaşı... Yoxdursa, ondan danışmağa dəyməz.  Elə sadə vətəndaş var ki, heç qazi nədir, bilmir. Hər şeyi dövlətin üstünə atmaq lazım deyil. Bu vətən hamımızındır. Kimin əlindən nə gəlirsə, bu vətən üçün etməlidir! Sadə vətəndaşından tutmuş məmuruna kimi. 
 
-Anar müəllim, toyunuzda Şəhidlər Xiyabanını ziyarət etməklə örnək olmusunuz...
 
-Şadlıq evinə getməmişdən əvvəl Şəhidlər Xiyabanını ziyarət etdim. Çox istərdim ki, gənclərimiz milli dəyərlərimizə, sərvətlərimizə hörmətlə yanaşsınlar. Şəhidlərimizi heç zaman unutmasınlar. 
 
Könül Aypara