\
17 Aprel 2024 - Çərşənbə

"Kim deyirsə verilən mükafatlar çoxdur, gəlsin bir raund bizim yerimizə döyüşsün görək..." - Ramal Lord Aslanov

"Kim deyirsə verilən mükafatlar çoxdur, gəlsin bir raund bizim yerimizə döyüşsün görək..." - Ramal Lord Aslanov
1436baxış
Ramal Aslanov Ramal Aslanov 1992-ci ildə Şəmkir rayonunun Çənlibel kəndində anadan olmuşdur, əslən Qərbi Azərbaycanın Göyçə mahalındandır. “LORD” ləqəbli idmançı Kikboksinq üzrə dünya kəmərinin sahibi, 11 qat Azərbaycan, 3 dəfə dünya və avropa çempionu, "Əməkdar idman ustası", Azərbaycan Kikboksinq Federasiyasının kapitanıdır.
 
Moderator.az-ın “Danışacaqlarım var” rubrikasının qonağı Ramal Lord Aslanovdur:
 
- “İdmançı nə qədər güclü oldusa, gərək bir o qədər də mədəniyyətli olsun. Eyni zamanda rəqibin zəif olduğunu düşünmək lazım deyil. Çünki gözlənilməz anda zəif bildiyin idmançıdan elə bir zərbə alarsan ki, nokaut vəziyyətinə düşərsən. İdmanda qalib və məğlub var. Qalib olmağı bacaran məğlub olması ilə də razılaşmalıdır və rəqibini təbrik etməlidir”. Bu fraza sizə aiddir...?
 
- Bəli. Güclüsənsə, mədəniyyəti bir kənara qoymalı deyilsən. Və arxayınlaşmaq lazım deyil. Hər an hər şey ola bilər. Hər dəfə qalib olmaq olmur. Oyunlar açılmamış kart kimidir. Bu dəfə udmusansa, gələn dəfə məğlub ola bilərsən. Elə etməlisən ki, hisslərini tarazlaya biləsən.
 
- Təbrik edirik. Daha böyük uğurlara imza atasınız. Azərbaycan bayrağını birincilikdə dalğalandıran hər bir idmançımızı təbrik edirik!
 
- Çox sağ olun. 
 
- Bosniyadakı yarışla bağlı nə kimi təssüratlarla geri döndünüz?
 
- Yarış oktyabrın 19-27-nə kimi Bosniyanın Sarayeva şəhərində keçirilib. Həmin yarışda Azərbaycan yığmasının kapitanı kimi çıxış etdim.  75 kq-lıq çəkidə birinci mərhələdə yerli idmançını nakautla məğlub etdim, ikinci mərhələdə Sloveniya güləşçisi ilə rəqib oldum. Onu da məğlub etdikdən sonra Polşa idmançısı ilə üz-üzə gəldim, ona da qalib gəldikdən sonra keçdim yarımfinal mərhələsinə.  Mənim çəkim elə bir çəkidir ki, həmişə yüksək texnikası olan döyüşçülər olur bu çəkidə. Finalı yarışın qala gecəsinə salmışdılar, adım seçilmiş ən yaxşı 10 idmançının arasında idi. O biri finallardan fərqli olaraq, bu final qala gecədə baş tutdu. Və mən çempion oldum. Azərbaycan himnini səsləndirdim.  23 idmançı təmsil edirdi Azərbaycanı: iki qızıl, iki gümüş, 5 bürünc medalla geri döndük. 59 ölkə arasında arasında 10-cu yerə çıxdıq. 
 
- Tamaşaçılar arasında azərbaycanlı azarkeşləriniz var idi? 
 
- Səfirliyin əməkdaşları sağ olsun, bizə çox dəstək oldular. Amma orada yaşayan azərbaycanlıları görmədik. 
 
- Bu yarışdakı uğur böyük nailiyyətlər arasında neçəncisi oldu?
 
- Çoxdur. 
 
- Neçə ildir məşğulsunuz kikboksinqlə?
 
- 15 ildir. 5 ildir Azərbaycan yığmasının kapitanıyam. Sağ olsun Adil Əliyev, hər zaman dəstəkləyib. Həm maddi, həm mənəvi baxımdan. Keçən il cənab prezident tərəfindən mənə ev mükafatı da verildi. Çox sağ olsun!
 
- Bir aralar cəmiyyətdə narazılıq yaranmışdı ki, idmançılara həddən artıq maddi dəstək göstərilir...
 
- Kim deyirsə, gəlsin bir raund bizim yerimizə döyüşsün görək... Hələ verilən mükafatlar azdır. Çünki şəxsən mənim özüm və ya bir başqa idmançı, hamımız kasıb ailədən çıxmış uşaqlarıq. Əziyyətlə bu yerə gəlib çıxırıq. Adi yarış ərəfəsində 3-4 aylarla hazırlıq görürük. Ayağımız qırılır, barmağımız sınır, zədələr alırıq. O halda da davam edirik. 
 
- Ramal bəy, başqa ölkələri yarışlarda təmsiliniz üçün yüksək məbləğli təkliflər gəlsə, razılaşarsınız? 
 
- Xeyr! Heç vaxt! Mən Azərbaycanda doğulmuşam. Himnimiz səslənəndə tüklərim biz-biz dayanır. O həyəcanı mən heç bir dövlətdə keçirə bilmərəm. Azərbaycan himnini eşitmək, bayrağımızı qaldırmaq – mən bunu heç nəyə dəyişmərəm! Şükür Allaha ki, bu cür dövlətdə yaşayırıq, prezidentimiz bizə dəstək olur, xeyir ola gedib başqa ölkəyə dəstək olum? 
 
- Eduard Məmmədov da sizin qələbənizlə bağlı paylaşımlar edib...
 
- Eduard Məmmədov yığma komandamızın ən təcrübəli idmançısıdır. Bu sonuncu yarışda qazanılan qızıl medallardan biri də ona məxsusdur. O, 63 kq-da döyüşdü. 
 
- İdmançılarımızın çoxunun idman zalları var. Siz hələ bu fikrə düşməməsiniz? Şagird yetişdirmək, tələbələrinizə dərs keçmək istəyi varmı?
 
- Hələ ki, vaxtım yoxdur. Həm başqa sahədə çalışıram, həm də yarışlarım çox olur. Amma Oİnşallah, qismət osa, gələcəkdə zal açaram mən də. Çox istərdim ki, tələbələrim olsun. 
 
- Elə bir dostunuz və ya idmançı həmkarınız tərəfindən təbriksiz qalmadınız?
 
- Xeyr, sağ olsunlar, kimdən ummuşamsa, hamısı təbrik edib. Amma sizə bir söz deyim... elə dost-tanışlarım olub ki, məndən üz döndəriblər. Məsələn, keçən il bir travma aldım, həkimlər qətiyyətlə dedilər, artıq idmana son qoymalısan! O gündən sonra demək olar ki, yanımdakı dostlarımın 50 faizi azaldı... Fikirləşdilər ki, Ramal artıq idmandan getdi, problem olacaq, vuruşa bilməyəcək... Amma çox şükür ki, özümə gəldim. Ayağa qalxa bildim.
 
- İndi həmin o 50 faiz yenidən yanınızdadırmı?
 
- İnsan çətin günlərində əsl dostlarının kim olduğunu öyrənir. İndi mən onlardan uzaqlaşmışam. İnsan məğlub olduqca təcrübə yığır, ibrət dərsi alır. 
 
- Ramal bəy, xanım rəqibiniz olubmu heç?
 
- (gülür) Yox... 
 
- Nə zamansa idmançı xanımla döyüşərsiniz?
 
- Heç vaxt! 
 
- Ola bilər ki, bir xanım dostunuzu, ya tanışınızı kimsə incitsin və o da idmançı kimi sizdən kömək istəsin. Daha doğrusu, sizi “razborkaya” aparsın... 
 
- Bir az qəribə sual oldu... Amma bu vaxta kimi heç kim mənə bu barədə müraciət etməyib. Mənim məqsədim rinqdə döyüşməkdir. Küçədə-bacada döyüşmək mənlik deyil. Olub e, uşaq vaxtı, hamının başına gələn işlərdir. Amma indi... elə bir fikrim, ya məqsədim yoxdur ki, kiməsə küçədə -bacada yumruq atım, ya nəsə edim. 
 
- Ali təhsiliniz var?
 
- Bəli, 2010-2014-cü illərdə İdman Akademiyasını bitirmişəm. 27 yaşım var. 
 
- Ailəlisiniz?
 
- Xeyr, subayam. 
 
- İdmançı xanımla ailə qurarsınız?
 
- Qismət...
 
- Erməni bir döyüşçü ilə rinqə çıxmısınız?
 
- 2016-cı ildə mən yarışların birində erməni güləşçini udan idmançı ilə üz-üzə gəlib, onu məğlub etmişdim. 
 
- Belə olan halda hansı hissləri keçiribsiniz? Başqa xalqın idmançısı və erməni idmançı... Fərqli hisslər olubmu döyüş zamanı? 
 
- Ermənilər bizim əzəldən düşmənimizdir: istər qadın, istər kişi. Heç birinin gözünün yaşına baxmaram. Onlara qarşı məndə böyük nifrət var. Əgər erməni döyüşçü ilə üz-üzə gəlsəm, əlacım olsa, onu öldürərəm. Bu müsahibədən sonra məni qəddar kimi tanıyarlar. Amma qoy mən qəddar olum. Ermənilərin qanını da içərəm. 
 
- Xarici ölkələrə döyüşlərdə iştirak edəndə, ya erməni həmkarınızla, ya adi o ölkədə yaşayan, amma milliyyətcə erməni olan birisi ilə salamlaşıb, söhbətləşərsiniz? Süfrə arxasında oturub, selfi çəkdirərsiniz? 
 
- Xeyr, heç vaxt! Ancaq rinqdə üz-üzə gələ bilərəm. Küçədə-filanda nəsə bir hadisə olsa, layiqincə cavablarını verərəm. 
 
- Əlavələriniz varmı?
 
- Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyevə, vitse prezident Gülağa Cabbarova, baş məşqçimiz Elşən Abdulrahimə, öz məşqçim Hakim müəllimə təşəkkürümü bildirirəm. 
 
Hazırladı:  Könül Aypara