\
18 Aprel 2024 - Cümə axşamı

Qıza papaq at, yıxılmadısa ver ərə” - Aşıq Əhliman erkən nikahı məqbul sayır - VİDEO

1894baxış

ARB TV-nin “Səhər – Səhər” verlişinin növbəti qonağı aşıq Əhliman Rəhimov olub.

Xalq artisti Zümrüd Məmmədovanın 22 yaşlı qızının evlənmək üçün hələ yaşının tez olduğuna münasibət bildirən aşıq Əhliman maraqlı açıqlama verib:

“Hələ 5 yaş gecikib. Mən belə eşitmişəm. Deyir ki, papağı at qıza, yıxılmadısa ver ərə. Böyük dahilərin birindən eşitmişəm ki, insanlar 3 şeyə tələsməlidir. Birinci borcunu verməyə, 2-ci evladlarını maarifləndirməyə çalışmalıdır, 3-cü isə övladlarını yerbəyer etməlidir. Qızdırsa, köçürməli, oğlandırsa, evləndirməlidir. Bir yandan isə 3 əsas şərt var. 1-ci ocaq, 2-ci məktəb, 3-cü mühit. Ocağı təmiz olan, məktəbi güclü olan insanlara mühit qalib gələ bilmir. Əksinə, elə insanlar mühit yaradırlar”.