\
29 Mart 2024 - Cümə

Şəkidə dəhşətli qəza - “Niva” divara çırpılaraq aşdı - VİDEO

1897baxış
Şəkidə gecə saatlarında yol qəzası baş verib.
 
Mediapress.az "ARB Şəki"yə istindən xəbər verir ki, hadisə şəhərin İzzət Həmidov küçəsində qeydə alınıb.
 
Şəki şəhər sakini Alxasov Kamal Elşad oğlunun idarə etdiyi "Niva” markalı avtomobil idarəetməni itirərək yolun solundakı divara çırpılıb və aşıb.
 
Nəticədə sürücü və avtomobildə olan digər sərnişin Şirinov Məmmədseyid müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
 
Faktla bağlı araşdırma aparılır.