\
25 Aprel 2024 - Cümə axşamı

Ermənistanda atışma oldu, ölənlər və yaralananlar var

Ermənistanda atışma oldu, ölənlər və yaralananlar var
1043baxış

Ermənistanın Lori əyalətində kütləvi dava olub.

Bu barədə “Report” “Shamshyan.com”a istinadən xəbər verir.

Qeyd edilir ki, hadisə Bazum ərazisində qeydə alınıb. Dava atışma ilə nəticələnib. Atışma zamanı 2 nəfər öldürülüb, daha 2 nəfər yaralanıb. Hadisə yerinə gələn polis əməkdaşları ərazidə tamamilə yanmış “VAZ-2121” markalı avtomobili aşkarlayıblar. Avtomobildə avtomat silah tapılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları “Niva” avtomobilinin hadisə ilə əlaqədar yandırılmasından şübhələnirlər.

Faktla bağlı cinayət işi açılıb. Hüquq-mühafizə orqanlarının əməksdaşları ölənlərin və yaralananların şəxsiyyətini müəyyənləşdirirlər.