\
25 Aprel 2024 - Cümə axşamı

Ermənistanda koronavirusdan ölənlərin sayı 20-yə çatdı

Ermənistanda koronavirusdan ölənlərin sayı 20-yə çatdı
1812baxış

Ermənistanda daha bir nəfər pandemiyadan ölüb.

“Report” xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan öz “Facebook” səhifəsində açıqlayıb.

Onun sözlərinə görə, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 20-yə çatıb.

N.Paşinyan həmçinin daha 47 nəfərdə koronavirusun aşkarlandığını əlavə edib. Beləliklə, Ermənistanda koronavirusa yoluxma hallarının sayı 1 248-ə yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 251 000-i ötüb. Bunların 574 386 nəfəri sağalıb, 154 311 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.