\
20 Aprel 2024 - Şənbə

Ermənistanda koronavirusa yoluxanların sayı 11 221-ə çatıb, 176 nəfər ölüb

Ermənistanda koronavirusa yoluxanların sayı 11 221-ə çatıb, 176 nəfər ölüb
1921baxış

Ermənistanda son sutkada 697 nəfər koronavirusa yoluxub.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook”da canlı yayımda bildirib.

“697 yeni yoluxma faktı qeydə alınıb. Bu o deməkdir ki, tibb müəssisələrimiz artıq müalicəyə ehtiyacı olan yeni pasiyentləri qəbul etmək gücündə deyil”, - N.Paşinyan vurğulayıb.

Onun sözlərinə görə, son sutkada Ermənistanda COVID-19-dan daha 6 nəfər ölüb.

Bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 11 221-ə yüksəlib. Virusdan ölənlərin sayı isə 176 nəfərə çatıb.