\
19 Aprel 2024 - Cümə

Ermənistanda yoluxanların sayı 20 minə çatır

Ermənistanda yoluxanların sayı 20 minə çatır
1058baxış

Ermənistanda son sutkada daha 551 nəfər koronavirusa yoluxub.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da ölkədə virusa yoluxanların sayı 19 708-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 13 nəfər artaraq 332-yə çatıb. İndiyədək 8 854 pasiyent infeksiyadan sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Qeyd edək ki, pandemiyaya görə Ermənistanda iyulun 13-dək fövqəladə vəziyyət rejimidir.