\
25 Oktyabr 2020 - Bazar günü

Xocavənd sakinləri Qələbə sevincini yaşayır

Xocavənd sakinləri Qələbə sevincini yaşayır
1330baxış

Xocavəndlilər işğaldan azad edilmiş torpaqların qələbə sevincini yaşayır.

"Report"un cəbhə bölgəsinə ezam olunmuş xüsusi müxbiri xəbər veri ki, Xocavənd qəsəbəsinin sakinləri Qələbə yürüşü ediblər.

Rəşadətli Azərbaycan Ordusu tərəfindən dünən Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. Bu xəbəri eşidən xocavəndlilər qəsəbə ərazisində bayram edir, qələbə sevincini yaşayırlar.