\
25 Oktyabr 2020 - Bazar günü

ANAMA cəbhəboyu əraziləri mərmilərdən təmizləyir

ANAMA cəbhəboyu əraziləri mərmilərdən təmizləyir
1316baxış

Oktyabrın 15-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Füzuli, Goranboy və Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Zəng Xidməti Mərkəzindən 27 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən 1 müraciət daxil olub.

ANAMA-dan KİV-ə bildirilib ki, daxil olmuş çağırışlar əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağdam rayonunun Baharlı, Çəmənli kəndləri və 1-ci Baharlı qəsəbəsi, Ağcabədi rayonunun Arazbar, Bala Kəhrizli, Taynaq kəndləri və Hindarx qəsəbəsi, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Əhmədalılar kəndləri, Goranboy rayonunun Tapqaraqoyunlu, Qaraçinar, Qızılhacılı, Balakürd, Meşəli kəndləri, Tərtər rayonunun Seydimli, Buruc kəndləri və C.Məmmədquluzadə, N.Nərimanov küçələri ərazisində Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 14 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 1 ədəd tank əleyhinə idarə olunan raketin arxa motor hissəsi, 1 ədəd bombacıq və 16 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəssisləri tərəfindən 1805 nəfər mülkü şəxs arasında maarifləndirmə təbliğatı aparılıb.