\
21 Oktyabr 2020 - Çərşənbə

Ermənistan Ordubada raket atıb

Ermənistan Ordubada raket atıb
1390baxış

Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Qubadlı rayonu ərazisindən oktyabrın 15-də saat 10:44-də atdığı əməliyyat-taktiki raket Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində partlayıb.

Bu barədə Mediapress.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Dinc sakinlərə və mülki obyektlərə zərər dəyməyib.