\
18 Aprel 2024 - Cümə axşamı

Düşmən Qarabağda məhv edilən daha 19 hərbçisinin adını açıqladı

Düşmən Qarabağda məhv edilən daha 19 hərbçisinin adını açıqladı
1772baxış

Ermənistan tərəfi Dağlıq Qarabağda məhv edilmiş daha 19 hərbçisinin adını açıqlayıb.

Bununla işğalçı ölkənin rəsmən elan etdiyi itkilərin sayı 673-ə çatıb.

Real faktlar isə təsdiqləyir ki, Ermənistan ordusunun itkiləri göstərilən rəqəmlərdən qat-qat çoxdur. Üstəlik, işğalçı ölkə terrorçuları və muzduları da döyüşlərə cəlb edir.

Xatırladaq ki, oktyabrın 10-dan etibarən tərəflər arasında humanitar atəşkəs elan olunub. Buna baxmayaraq, düşmən ordusu atəşkəsi pozmaqda davam edir.