\
4 Dekabr 2020 - Cümə

Azərbaycan əsgəri Azıx mağarasında

Azərbaycan əsgəri Azıx mağarasında
1378baxış

Azərbaycan Ordusunun əsgərləri Azıx mağarasından görüntülər çəkiblər. Virtualaz.org bildirir ki, bu barədə sosial şəbəkədə video yayılıb. Videoçəkilişi aparan hərbçi mağara daxilində ermənilərin tikinti-qazıntı işləri ilə məşğul olduqlarını nümayiş edib.

Qeyd edək ki, Azıx mağarası eyniadlı kəndin yaxınlığında yerləşir. Ermənistan silahlı qüvvələri bu kəndi 1993-cü ildə işğal etmişdi.

Xatırladaq ki, noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Ordusunun Xocavənd rayonunun Azıx kəndini işğaldan azad etdiyini açıqlayıb.