\
29 Mart 2024 - Cümə

İş adamı döyüşlərdə qəhrəmanlıq göstərən zabitin kredit borcunu bağlayıb - Yumruq kimi bir olduq - FOTOLAR

İş adamı döyüşlərdə qəhrəmanlıq göstərən zabitin kredit borcunu bağlayıb - Yumruq kimi bir olduq - FOTOLAR
1556baxış

44 gün davam edən 2-ci Qarabağ müharibəsində düşmənə qarşı göstərdiyi qəhramanlıqla ad çıxaran, sosial şəbəkələrdəki videoları ilə məşhurlaşan XTQ-in 31 yaşlı zabiti Əli Kərimovun banka olan kredit borcunu Rusiya paytaxtı Moskvada yaşayan gənc iş adamı Xəzər Qarayev tam ödəməyi üzərinə götürüb. 

Xatırladaq ki, Xəzər Qarayev uzun illər fəal diaspora fəaliyyəti ilə məşğuldur və hal-hazırda Moskva Azərbaycanlıları İcmasının icraçı direktorudur.

Onu da vurğulayaq ki, gənc həmvətənimiz dünyanı cənginə alan COVİD19 pandemiyası dövründə də davamlı olaraq Rusiya və Azərbaycandakı soydaşlarımıza maddi dəstək göstərib. Xəzər Qarayev Silahlı Qüvvələr Fonduna müəyyən miqdarda vəsait köçürməklə yanaşı, fərdi olaraq cəbhədə döyüşən zabit və əsgərlərimizin ailələrinə də maddi dəstək göstərir.

Xəzər Qarayev bildirib ki, Əli Kərimovun döyüşlərdə düşmən zabitini və onlarla düşmən əsgərini öldürməsi, özü yaralı olduğu halda yaralı əsgər yoldaşını 17 km məsafəyə çiynində daşıyaraq onun yaşamasına nail olması onu qürurlandırıb. 

Mediapress.az əlavə edir ki, hər iki tərəflə əlaqə yaradan jurnalist Toğrul Allahverdili olub. Məhz onun canfəşanlığı sayəsində iş adamı zabitimizin problemini çözüb.