\
20 Aprel 2024 - Şənbə

Ermənilər Paşinyanın şəkillərini kanalizasiyaya atdılar

Ermənilər Paşinyanın şəkillərini kanalizasiyaya atdılar
1866baxış

Ermənistanda Qarabağdakı ağır məğlubiyyətdən sonra vətəndaşlar hakimiyyətin istefasını tələb edirlər. Bu məqsədlə demək olar ki, hər gün etiraz aksiyası keçirilir.

Baş nazir Nikol Paşinyanın rəhbərliyindən narazı qalan ermənilər Gümrüdə yeni etiraz növü seçiblər. Belə ki, bir qrup sakin Paşinyanın və onun “Mənim addımım” fraksiyasında təmsil olunan deputatların fotolarını çirkab suların töküldüyü yerə atıblar.

Etirazçılar məkanın təsadüfi seçilmədiyini deyiblər. Çünki həmin kanalizasiya xətti Türkiyəyə axan kiçik bir çaya birləşir.