\
25 Aprel 2024 - Cümə axşamı

Ermənistan marketlərində "Nə mutlu türküm deyənə!" - Eksklüziv - Əhali şokdadır

Ermənistan marketlərində "Nə mutlu türküm deyənə!" - Eksklüziv - Əhali şokdadır
1225baxış

Ermənistan marketlərindəki dəftər-kitab ləvazimatı olan şöbədə "şok" yaşanıb. 

Mediapress. az xəbər verir ki, İkinci Qarabağ müharibəsində məğlub olan və Azərbaycanın zəfərini həzm edə bilməyən erməni xalqı bu qalibiyyətdə Türkiyəni də günahkar hesab etdiyi bir vaxtda, mağazalarda Atatürkün "Nə mutlu türküm deyənə!" frazası yazılmış qələmqabı satılır. 

Bu qələmqabı paytaxtın bir çox marketlərindəki piştaxtalarda olub. Məlum məsələdir, dəftər-kitab ləvazimatı Türkiyədən gətirildiyi üçün qələmqabı da məhz qardaş ölkənin məhsuludur. 

İndi işğalçı ölkənin əhalisi "Nə mutlu türküm deyənə"! qələmqabılarını piştaxtalardan yığışdırmayan market sahiblərini axtarırlar.