\
28 Mart 2024 - Cümə axşamı

Müxalifət Vazgen Manukyanı Ermənistanın baş naziri “seçd"i

Müxalifət Vazgen Manukyanı Ermənistanın baş naziri “seçd"i
1798baxış

Baş nazir Nikol Paşinyanın istefasını tələb edən Ermənistan müxalifətinin bu vəzifəyə Vazgen Manukyanın namizədliyini irəli sürməsi təsdiqlənib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki,  bu barədə Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru, “Vətən” partiyasının lideri Artur Vanetsyan məlumat verib.

"On yeddi partiya “Vətənin qurtuluş Şurası”nı yaradaraq Vazgen Manukyanın baş nazir vəzifəsinə namizəd göstərilməsinə qərar verdi”, - deyən Vanetsiyan əlavə edib.

Onun sözlərinə görə, sabiq baş nazirin böyük siyasi təcrübəsi var: "Manukyanın partiya fəaliyyətini dayandıracağına dair qərar qəbul edilib. O, iştirak etməyəcəyi erkən parlament seçkiləri keçirəcəyinə söz verdi".

Xatırladaq ki, Paşinyanın istefasını tələb edən müxalifət müvəqqəti baş nazir təyin etmək, daha sonra növbədənkənar seçkilər keçirmək niyyətindədir.

Manukyan 1990-1991-ci illərdə Ermənistanın baş naziri olub. 1992-1993-cü illərdə müdafiə naziri vəzifəsində çalışıb. 1996-cı ildə prezident seçkilərində iştirak edib və keçmiş prezident Levon Ter-Petrosyanı nəticələri saxtalaşdırmaqda günahlandırıb. 1990-cı illərin əvvəllərində Manukyan “Milli Demokratik İttifaqı” partiyasını qurub. 2009-2019-cu illərdə Ermənistan İctimai Şurasının sədri olub.