\
19 Yanvar 2021 - Çərşənbə axşamı

"Mehmetçiklərimiz Qarabağda minalardan təmizləmə işlərinə davam edir" - Türkiyə Müdafiə Nazirliyi

"Mehmetçiklərimiz Qarabağda minalardan təmizləmə işlərinə davam edir" - Türkiyə Müdafiə Nazirliyi
1341baxış

Qəhrəman Azərbaycan ordusunun 44 gündə böyük qələbə qazandığı Qarabağda minalardan təmizləmə işləri davam edir. Ermənistan ordusunun tələ qurduğu minalı sahələr Azərbaycan Ordusu tərəfindən təmizlənir.

Mediapress.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda, “Quru Qoşunlarımızın Xüsusi Təyinatlı Mina Təmizləmə birliklərinin 136 hərbçisi də Azərbaycan ordusuna dəstək üçün bölgəyə göndərilib. Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinə minatəmizləmə təlimi keçən mehmetçiklərimiz, eyni zamanda, işğaldan azad edilən Qarabağda minatəmizləmə əməliyyatlarında iştirak edir”, - deyə qeyd olunub.