Ermənistanın Rusiyadakı səfirliyi qarşısında etiraz aksiyası keçirilir

1119baxış
Ermənistanın Rusiya Federasiyasındakı səfirliyi qarşısında hazırkı baş nazir Nikol Paşinyanın əleyhdarları toplaşıb.
Aksiya iştirakçıları N.Paşinyanın Moskva şəhərinə səfərinə etiraz edirlər.
Xatırladaq ki, Ermənistan baş naziri N.Paşinyan bu gün Azərbaycan, Ermənistan və Rusiya liderlərinin görüşündə iştirak etmək üçün Moskvaya gedib.