\
29 Mart 2024 - Cümə

Qubadlıda itkin erməni hərbçilərin meyitləri aşkarlanıb

Qubadlıda itkin erməni hərbçilərin meyitləri aşkarlanıb
1816baxış

Qubadlı rayonunda aparılan axtarışlar zamanı Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində itkin düşmüş dörd hərbçisinin meyiti aşkarlanıb. Virtualaz.org bildirir ki, bu barədə Ermənistan mətbuatı xəbər verir.

Qeyd edilir ki, meyitlərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibb ekspertiza qrupu yaradılıb. 

Bununla da Qarabağda meyiti tapılan itkin erməni hərbçilərin sayı 1 378 nəfərə çatıb.