\
24 Aprel 2024 - Çərşənbə

Ermənilər Amaras monastrını ziyarət ediblər

Ermənilər Amaras monastrını ziyarət ediblər
1461baxış

Rusiya sülhməramlıları 25 ermənini Xankəndindən Amaras monastrına ziyarət zamanı müşayiət ediblər.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir.
İyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyəti izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edir. Atəşkəs bütün istiqamətlərdə müşahidə olunur.
Xatırladaq ki, Amaras monastr kompleksi Xocavənd rayonunda yerləşir.