\
25 Aprel 2024 - Cümə axşamı

Yerevanda etirazçılar universitet binasına daxil oldu

Yerevanda etirazçılar universitet binasına daxil oldu
1437baxış

Yerevanda müxalifət tərəfdarları ilk mərkəzləşdirilməmiş etiraz aksiyasına başlayıblar. Bir neçə müxalif fəal Yerevan Dövlət Universitetinin binasına daxil olaraq müəllim heyətini vətəndaş itaətsizliyi aksiyasına qoşulmağa çağırıb. Onlar dəhlizlərdə gəzir, ofislərə girir və “Müəllimlər, qoşulun”, “Tələbələr, qoşulun”, “Nikolsuz Ermənistan!” şüarlarını səsləndiriblər.

Yerevan Dövlət Universitetinin rektoru vəzifəsini icra edən Geğam Gevorkyan aktivistlərin qarşısına çıxaraq, hakimiyyətin getməli olduğunu bildirib.

“20 noyabr 2020-ci ildə dedim ki, mövcud hakimiyyət həqiqətən istefa verməlidir. Sözlərimi təsdiqləyirəm. Ancaq ictimai asayişi pozmayaq”,- rektor qeyd edib.

Universitet binasına polis qüvvələri cəlb olunub.

Qeyd edək ki, Ermənistanın müxalif “Vətənin xilası hərəkatı”nın üzvü Geğam Manukyan xalqı çərşənbə günündən etibarən İrəvanın müxtəlif yerlərində kütləvi etiraz aksiyalarına çağırıb.