\
20 Aprel 2024 - Şənbə

Paşinyan tərəfdarlarını meydana çağırdı!

Paşinyan tərəfdarlarını meydana çağırdı!
1439baxış
Ermənistan Baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargahının bəyanatının hərbi çevrilişə cəhd olduğunu bildirib.

Mediapress.az-ın məlumatına görə, Paşinyan çağırışında, "bütün tərəfdarlarımızı elə indi Respublika meydanına çağırıram. Yaxın vaxtlarda birbaşa efirdə müraciətlə çıxış edəcəyəm”, - deyə yazıb.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı bu gün N.Paşinyanın istefa verməsini tələb edən bəyanatla çıxış edib.