\
19 Aprel 2024 - Cümə

Ermənistan Polisi və MTX Nikol Paşinyana dəstək verib

Ermənistan Polisi və MTX Nikol Paşinyana dəstək verib
1487baxış

“Biz vətəndaşlarımızı təhrikedici çağırışlara uymamağa, asayişi qorumağa və ayıq-sayıq olmağa çağırırıq”.

Bu barədə Ermənistan Polisi və Milli Təhlükəsizlik Xidmətinin ölkədəki vəziyyətlə bağlı yaydıqları birgə bəyanatda bildirilib.

“Ermənistanın dövlət orqanları öz funksiyasını tamamilə yerinə yetirir”, - bəyanatda vurğulanıb.

Güc strukturları bildirib ki, hüquq-mühafizə orqanları qanunu pozan istənilən fəaliyyətə adekvat cavab verəcək.