\
26 Aprel 2024 - Cümə

ABŞ-dakı ermənilər Paşinyanın həbsini tələb edir

ABŞ-dakı ermənilər Paşinyanın həbsini tələb edir
1468baxış

Bu gün ABŞ-da yaşayan ermənilər Ermənistanın Baş Qərargah rəhbərliyinə dəstək mitinqi keçirəcəklər.

Bu barədə erməni KİV-ləri məlumat yayıb.

Bildirilib ki, aksiya baş nazir Nikol Paşinyanın istefası şüarı ilə təşkil olunacaq.

“Bu gün saat 17-də Qlendeyldəki konsulluq önündə keçiriləcək mitinqdə Ermənistan silahlı qüvvələrinə dəstəyimizi ifadə edəcəyik. Ermənistanın əsas xaininin həbsə atılmasını tələb edirik. Bütün mitinq tərəfdarlarından bu çağırışı yaymalarını və aksiyada fəal iştirak etmələrini xahiş edirik”-, deyə təşəbbüs qrupunun açıqlamasında qeyd edilib.

Azvision.az xatırladır ki, ötən gün Ermənistan silahlı qüvvələrinin Baş qərargahı Nikol Paşinyanın istefasını tələb edib və onu öz xalqına qarşı güc işlətməkdən çəkinməyə çağırıb. Buna səbəb baş nazirin təklifi ilə Baş qərargah rəisinin birinci müavini Tiqran Xaçatryanın vəzifədən azad edilməsi olub. O, hökumət başçısının “İsgəndər” kompleksi barədə dediklərini məsxərəyə qoyub. Nikol Paşinyan isə öz növbəsində Baş qərargah rəisi Onik Qasparyanı könüllü olaraq istefa ərizəsi yazmağa çağırıb.