\
26 Aprel 2024 - Cümə

Nikol Paşinyanın partiyasından olan deputatı döyüblər

Nikol Paşinyanın partiyasından olan deputatı döyüblər
1445baxış

Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Razılaşması Partiyasını parlamentdə təmsil edən “Mənim addımım” fraksiyasının deputatı Akop Aslanyan döyülüb.

Hadisə fevralın 26-da N.Paşinyanın istefası tələb ilə keçirilən mitinqdə baş verib.

Hüquq-mühafizə orqanları hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 47 yaşlı şəxsi saxlayıb. Məlumata görə, adı açıqlanmayan şəxs həmin tarixdə parlamentin binasından çıxarkən nəzarət-buraxılış məntəqəsində “Mənim addımım” fraksiyasının üzvlərini təhqir edib, deputatlardan birinin üzünə sillə vurub.

Onun barəsində cinayət işi açılıb.