\
20 Aprel 2024 - Şənbə

Erməni əsgərin valideyni oğluna verilən medaldan imtina etdi

Erməni əsgərin valideyni oğluna verilən medaldan imtina etdi
1585baxış
İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilən 20 yaşlı erməni əsgər Edqar Doluxanyanın valideyni ölümündən sonra oğluna verilən medaldan imtina edib.
 
Əsgərin anası Svetlana Doluxanyan bununla bağlı Ermənistan ictimaiyyətinə müraciət ünvanlayıb.
 
O, medalın təqdim olunma formasına etiraz edib. S.Doluxanyan medalla bağlı sənəddə oğlunun hərbi rütbəsinin sıravi əsgər deyil, çavuş yazılmasını, medalın isə daha təmtəraqlı təqdim edilməsini istəyib. Bildirib ki, əks halda onlara belə medal lazım deyil.