\
29 Mart 2024 - Cümə

"Araz" marketin nümayəndələri qazimizi işlə təmin etmək üçün onunla görüşdülər - FOTOLAR

"Araz" marketin nümayəndələri qazimizi işlə təmin etmək üçün onunla görüşdülər - FOTOLAR
1628baxış
Xatırlayırsınızsa, iki gün öncə sosial şəbəkələrdə “Araz” marketə iş üçün müraciət edən, lakin müraciətinə baxılmayan bir qazi ilə bağlı Mediapress.az-da məlumat yayımlanmışdı.
 
Cəbrayıl-Füzuli-Xocavənd istiqamətində gedən Vətən müharibəsinin iştirakçısı, 25 yaşlı Kənan Ələkbərzadə müsahibə verərkən iş axtardığını, hətta hərbçi olmaq istədiyini bildirmişdi.
 
Qeyd edək ki, dünən "Araz" supermarket şəbəkəsinin nümayəndələri qazi Kənan Ələkbərzadə ilə görüşdə iştirak ediblər.
 
"Vətən müharibəsi qazisi Kənan Ələkbərzadə ilə görüşdük. Özünün gələ bilməməsi ilə əlaqədar olaraq İnsan Resurslarına yaxınlaşa bilmədiyindən biz onu ziyarətə getdik. Qazinin narazılığına səbəb olan məlumat İnsan Resursları tərəfindən deyil, başqa bir əməkdaşımız tərəfindən verilən yanlış məlumat əsasında olmuşdur. 
Biz onun CVsi ilə tanış deyildik. Bu səbəbdən İR-dan əməldaşımızın iştirakı ilə iş görüşməsini qazimizin evində etdik. Vakansiyalara uğyunluğu İR tərəfindən dəyərləndiriləcək. CVsi bazamıza daxil ediləcəkdir", - deyə saytımıza açıqlama verən Səfər müəllimin dediyinə görə, "Araz Supermarket MMC"-də 9 nəfəri qazi olmaqla 180 nəfər Vətən Müharibəsi iştirakçısı çalışır, 9 nəfər isə şəhid olub. Bir ay ərzində isə Abşeron regionu üzrə 6 nəfər qazi işlə təmin edilib:
 
"Hər biri, onların ailə üzvləri bizim üçün dəyərlidir. Onlara minnət borcumuz sonsuzdur".
 
Aydan