\
27 Aprel 2024 - Şənbə

"Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutulub" - MN

"Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutulub" - MN
1519baxış

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 24-ü saat 13:40-da Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və snayper tüfəngindən istifadə etməklə fasilələrlə atəşə tutub.

Bu barədə Mediapress.az-a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

"Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır", - MN-in məlumatında bildirilib.