\
19 Aprel 2024 - Cümə

"Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutulub" - MN

"Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutulub" - MN
1544baxış

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 26-sı saat 02:25-dən 03:40-dək fasilələrlə Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Mediapress.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Cavab atəşilə qarşı tərəf susdurulub.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.