\
28 Mart 2024 - Cümə axşamı

Əsgər hospitalının psixiatriya bölməsini özbaşına tərk edib - MN

Əsgər hospitalının psixiatriya bölməsini özbaşına tərk edib - MN
1722baxış

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib.

Bu barədə Mediapress.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, əsgər C.Babayev haqqında cinayət işi başlanılıb, araşdırma aparılır.

"Ehtimal olunur ki, hərbi qulluqçumuz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib", - məlumatda bildirilib.