\
29 Mart 2024 - Cümə

Vətən müharibəsi iştirakçısı olan müəllim qəfil öldü

Vətən müharibəsi iştirakçısı olan müəllim qəfil öldü
1388baxış
Vətən müharibəsi iştirakçısı olan müəllim vəfat edib.
 
Mediapress.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə jurnalist Emil Məmmədov məlumat yayıb.
O bildirib ki, Bakı Dövlət Universitetinin məzunu olan Azad Orucov əsgəri xidmətini Murovdağda etdikdən sonra Salyan şəhər 2 saylı orta məktəbdə müəllim və təhsil şöbəsində işləyib:
 
“Sonralar bir müddət Rusiyada yaşayıb. Bu yaxınlarda Azərbaycana dönüb və könüllü olaraq zabit kimi Vətən müharibəsində iştirak edib”.
 
Onun 45 yaşında qəflətən insultdan öldüyü bildirilir.